​BMT-nin ilk tarixi müqaviləsi qüvvəyə mindi

10:13 | 24.12.2014
​BMT-nin ilk tarixi müqaviləsi qüvvəyə mindi

​BMT-nin ilk tarixi müqaviləsi qüvvəyə mindi

Bu gündən etibarən silah ticarətini nizama salacaq beynəlxalq müqavilə qüvvəyə minib.

ANN.Az "Report"a istinadən xəbər verir ki, sənəd 2013-cü ildə BMT Baş Assambleyasında dünyanın 130 ölkəsi tərəfindən imzalanıb.

Müqavilə tərəfdarları əmindirlər ki, indi silah satışı daha şəffaf olacaq və silahın cinayətkarlar tərəfindən tədarükünün qarşısını ala biləcək. Müqavilə 130 ölkə tərəfindən imzalansa da, hazırda onu yalnız 62 ölkə təsdiq edib. Müqavilənin əleyhinə üç ölkə - Suriya, Şimali Koreya və İran çıxış edib. Rusiya da daxil olmaqla 23 dövlət bitərəf qalıb. Ekspertlərin qiymətləndirməsinə görə, qlobal silah bazarında illik rəsmi dövriyyə təqribən 85 milyard dollar təşkil edir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM