BMT-nin Nyu-Yorkdakı mənzil qərargahının binasından əməkdaşların bir hissəsi təxliyyə edilib.
"Report" xəbər verir ki, bu haqda TASS xəbər yayıb.
Təxliyyəyə səbəb bir neçə ofisdə taxtabitinin aşkar edilməsidir.
Binanın 34-cü mərtəbəsində yerləşən BMT-nin sülhməramlı missiyasının texniki-material təchizat idarəsi həşəratlardan daha çox zərər çəkib.
Qurumun mətbuat xidmətindən bildirilib ki, BMT-nin iki ofisini taxtabiti bürüyüb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !