BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı: Miqrantların sayı rekord həddə çatıb

17:16 | 20.06.2021
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı: Miqrantların sayı rekord həddə çatıb

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı: Miqrantların sayı rekord həddə çatıb

Dünyada pandemiyanın təsirinə baxmayaraq, evlərini tərk etmək məcburiyyətində qalan insanların sayı 82 milyona yüksələrək rekord həddə çatıb. Köçkünlərin sayı son 10 ildə iki dəfə artıb ki, bu da dünya əhalisinin 1%-dən çoxunun evlərindən didərgin düşməsi deməkdir.Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb, deyə BBC yazır. 

Ali Komissarlığın məlumatına görə, pandemiya səbəbindən sığınacaqlara müraciətlərin sayı  və miqrasiya əhəmiyyətli dərəcədə azalıb. Ancaq keçən il köçürülən əhalinin sayı 2019-cu illə müqayisədə 11,8 milyon nəfər çox olub. Onların bir çoxu təqib, qarşıdurma, zorakılıq və insan hüquqlarının pozulması səbəbindən yaşayış yerlərini tərk etməyə məcbur olublar.

BMT QAK-ın Qlobal Trendlər Hesabatında yer alan məlumata görə, 250.000 qaçqın öz ölkəsinə qayıdıb, 34.000 isə üçüncü  ölkədə məskunlaşıb.
 
"İlk növbədə insanları qaçmağa məcbur edən qarşıdurma və təqibləri həll etmək üçün daha böyük bir siyasi iradəyə ehtiyacımız var”, - deyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Grande bildirib.

Qurum 2021-ci ildə koronavirus məhdudiyyətlərinin yumşaldılması ilə qarşıdurmaların güclənəcəyini gözlədiyini də söyləyib. Uzunmüddətli münaqişə, ekstremal hava şəraiti və pandemiya səbəbindən artan qida böhranının daha da pisləşəcəyi ilə bağlı da xəbərdarlıq edib.
 
Pandemiya dönəmində beynəlxalq sərhədlərdən keçmək çətinləşsə də, bəzi ölkələr məcburi köçkünlərin ərazilərinə daxil olmasını təmin etməkdə davam edib. Uqanda Şərqi Konqodakı döyüşlərdən qaçan insanları qəbul edib və onlar üçün COVID testi keçirib.
 
Köçkünlərin üçdə ikisindən çoxu beş ölkənin payına düşür. Buraya 10 ildir davam edən vətəndaş müharibəsinin 13,5 milyon insanı didərgin salan Suriya da daxildir.
 
Köçkünlər arasında qaçqın kimi doğulan uşaqların sayı da artmaqdadır. BMT-nin məlumatına görə, 2018-2020-ci illərdə 1 milyona yaxın uşaq qaçqın statusunda dünyaya gəlib.

Ümumi mənzərənin çətinliyinə baxmayaraq, Ali Komissarlıq bildirir ki? ABŞ-ın 2021-ci ildə 62.500, 2022-ci ildə 125.000 qaçqın qəbul etmə öhdəliyi götürüb, Kolumbiya isə  bir milyondan çox venesuellalıya müvəqqəti sığınacaq  
verib. Bu da ümidvericidir. 
 
Tərcümə: Bənövşə Rafiq
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb