Bundan əvvəl Palmirada İslam Dövləti qruplaşmasının Bel Abidəsini partlatması barədə xəbərlər yayılmışdı.
Suriyanın əntiqlər üzrə məsul şəxsi təxminən 2000 yaşı olan bu strukturun toxunulmaz qaldığını qeyd etmişdi.
Lakin BMT-nin Unosat peyk təhlilçiləri bildirib ki, fotolar hər şeyin dağıdıldığını göstərib.
"Təəssüf ki, fotolar göstərir ki, abidə tamamilə dağıdılıb", Unosatın meneceri Einar Bjorgo BBC-ə deyib.
O əlavə edib ki, abidə yaxınlığındakı sütünlar da dağıdılıb.
Bazar ertəsi Suriyanın Əntiqlər və Muzeylər Departamentinin rəhbəri Maamoun Abdulkarim açıqlayıb ki, Bel Abidəsində güclü partlayışlar edilsə də, əsas hissə toxunulmaz qalıb.
Şahidlər vurulan zərəri təsdiq etmək üçün abidənin yaxınlığına gedə bilməyib. //bbc.com/azeri
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !