ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, BMT-nin Dünya Qida Proqramı təxminən 1,7 milyon suriyalılar qida yardımına stop verdiyini açıqlayıb. Bununla bağlı açıqlamada yardımçıların öhdəliklərini yerinə yetirməməsi ucbatından İordaniya, Livan, Türkiyə, İraq və Misirdəki suriyalı qaçqınlara edilən qida yardımının təxirə salındığı ifadə edildi.
Proqramın Direktoru Ertharin Cousin "Bir çox ailəyə edilən qida yardımının kəsilməsi pis nəticələr doğuracaq" dedi. Cousin bu vəziyyətin qaçqınların sağlamlığını və təhlükəsizliyini sual altına atacağını, bunun da suriyalılar qonaq edən ölkələrdə problemlər yarada biləcəyini qeyd edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !