BMT rəsmisi Ermənistana çağırış edib

20:45 | 30.08.2024
BMT rəsmisi Ermənistana çağırış edib

BMT rəsmisi Ermənistana çağırış edib

İtkin düşmüş şəxslərlə bağlı onların ailələrinin və sevdiklərinin heç olmasa onların harada olduqları barədə məlumat almaq hüququ var.
Bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik "Report"un sualını cavablandırarkən deyib.

Rəsmi məlumatlara görə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 4000-dək Azərbaycan vətəndaşı itkin düşüb.

Sözçü Ermənistanı bu bu məsələ ilə bağlı duyarlı olmağa çağırıb:
"Bütün dünyada itkin düşmüş şəxslərlə bağlı onların ailələrinin və sevdiklərinin heç olmasa onların harada olduqları barədə məlumat almaq haqqı var. Onların sevdiklərini azad etmək hüququ var, onların başına nə gəldiyi haqqında məlumat almaq hüququ var. Biz bütün üzv dövlətləri bu məsələ ilə bağlı duyarlı olmağa və hərəkətə keçməyə təşviq edirdik".

O, əlavə edib ki, BMT-nin bu humanitar problemin həlli mövzusunda Azərbaycanla və bu mövzuda BMT ilə işləmək istəyən hökümətlərlə işləməyə hazırdır:
"Bu məsələdə hər yerdə bizimlə işləmək istəyən hökumətlərlə işləyirik".

Qeyd edək ki, Avqustun 30-u dünyada Beynəlxalq İtkinlər Günü kimi qeyd edilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM