BMT-nin yüksək rütbəli rəsmisi Yəmənin husi üsyançılarını əhaliyə humanitar yardımın çatdırılmasını əngəllədiyi üçün ittiham edib.
BMT-nin Humanitar İşlər və Fövqəladə Yardım Koordinatorunun köməkçisi Stephen O'Brien deyib ki, aylardır davam edən döyüş nəticəsində 200 min sakin "faktiki mühasirədə” qalıb.
"Husilər Taiz şəhərinə humanitar yardım çatdırılmasını əngəlləyir,” O'Brien bu həftə yaydığı bəyanatda deyib.
Yəməndə səkkiz aydır gedən döyüşlərdə azı 5 min 600 nəfər həlak olub.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya martdan Yəməni bombalayır. Məqsəd şiəməzhəb husiləri geri oturtmaq, prezident Abd-Rabbu Mansur Hadi-nin hakimiyyətini bərpa etməkdir. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !