BMT sabah Ukraynaya görə növbədənkənar iclas keçirəcək

23:48 | 08.07.2024
BMT sabah Ukraynaya görə növbədənkənar iclas keçirəcək

BMT sabah Ukraynaya görə növbədənkənar iclas keçirəcək


BMT Təhlükəsizlik Şurası bir neçə ölkənin tələbi ilə iyulun 9-da növbədənkənar iclas keçirəcək.Bu barədə "Sky News” məlumat yayıb.
 
İclas Rusiyanın Ukrayna ərazisində bu gün həyata keçirdiyi hərbi zərbələrini müzakirə etmək üçün təşkil ediləcək.

Müraciətin Britaniya, Fransa, Sloveniya və Ekvador tərəfindən təqdim edildiyi qeyd edilir.

Bu gün Rusiya silahlı qüvvələri Ukraynanın Kiyev də daxil olmaqla, bir neçə şəhərlərinə müxtəlif tipli 40-dan çox raket atıb. Nəticədə Kiyevdə 36 nəfər ölüb, 140 nəfər isə yaralanıb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM