BMT Srebrenitsa soyqırımını beynəlxalq anım günü kimi elan edib

22:53 | 23.05.2024
BMT Srebrenitsa soyqırımını beynəlxalq anım günü kimi elan edib

BMT Srebrenitsa soyqırımını beynəlxalq anım günü kimi elan edib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası 1995-ci il iyulun 11-də baş verən Srebrenitsa hadisələrini soyqırım kimi tanıyıb.Bu barədə "BBC" məlumat yayıb.
 
84 ölkə müvafiq qətnaməni dəstəkləyib, nəticədə sənəd qəbul edilib.
BMT-nin19 ölkəsi qətnamənin əleyhinə səs verib, 68 üzvü isə bitərəf qalıb.

Qətnamə layihəsi Bosniya və Herseqovina, Ruanda, Almaniya nümayəndələri tərəfindən irəli sürülüb, əsasən Qərb ölkələri tərəfindən birgə dəstəklənib.

1995-ci ilin iyulunda Srebrenitsa şəhərində və ətraf bölgələrdə bir neçə gün ərzində törədilən soyqırım 8372 günahsız bosniyalı müsəlmanın qətlə yetirilməsi ilə nəticələnib. Mülki insanlar, xüsusilə də qadınlar və uşaqlar serb millətçiləri tərəfindən vəhşicəsinə öldürülüb, hadisə qurbanları kütləvi məzarlıqlarda basdırılıb. Potoçari Memorial Qəbiristanlığında indiyədək 6751 nəfər dəfn edilib. Soyqırımı qurbanlarının 1600-dən çoxunun cəsədi isə hələ də tapılmayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM