Sülhməramlı missiya iştirakçıları müntəzəm olaraq yardım etməli olduqları şəxslərə kömək qarşılığında seksual xidmətlər tələb edir.
Modern.az BBC-yə istinadən xəbər verir ki, bu barədə BMT-nin hələ dərc olunmamış hesabatında deyilir.
Hesabatdan aydın olur ki, Liberiya və Qanada ağır şəraitdə yaşayan yüzlərlə qadın sülhməramlılara xidmət göstərməyə vadar olub.
Qarşılığında isə onlara pul, deyim, zinət əşyaları, mobil telefonlar və s. verilir. Son vaxtlar uşaqlaerın da sülhməramlılar tərəfindən cinsi istismara məruz qaldıqları məlum olub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !