BMT Təhlükəsizlik Şurası Ukrayna məsələsini müzakirə edəcək

21:45 | 01.03.2014
BMT Təhlükəsizlik Şurası Ukrayna məsələsini müzakirə edəcək

BMT Təhlükəsizlik Şurası Ukrayna məsələsini müzakirə edəcək

Rusiya son dövrdə Krım Muxtar Respublikasına 6 min əlavə əsgər və 30 zirehli döyüş maşını göndəribRusiya ordusunun Ukraynaya girməsinə icazə verən qərarın çıxmasının ardından Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı təcili iclas keçirməyi qərara alıb.ANS PRESS-in məlumatına görə, iclasın Bakı vaxtı ilə 23.00-da başlayacağı açıqlanıb. BMT Təhlükəsizlik Şurasının dünən keçirdiyi yığıncaqda qərb ölkələri Rusiyadan Ukraynadakı əsgərlərini çıxarmağı tələb etmişdilər.Ukrayna Müdafiə Nazirliyi Rusiyanın son dövrdə Ukraynaya bağlı Krım Muxtar Respublikasına 6 min əlavə əsgər və 30 zirehli döyüş maşını göndərdiyini bildirmişdi. Rusiya isə Qara dəniz donanması barədə müqavilə görə, Krımdakı əsgər sayının Ukraynayla əldə edlmiş razılaşmanın şərtlərini pozmadığını bildirirdi. Qara dəniz donanmasının Krımda yerləşməsini əhatə edən sazişə görə, Rusiyanın Sevastopoldakı bazasından kənarda bütün hərbi yerdəyişmələr əvvəlcədən Ukrayna qurumları ilə razılaşdırılmalıdır. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM