Ötən gün BMT-nin Təhlükəsizlik Şurası Rusiyanın müraciətinə əsasən Ukraynadakı vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas keçirib. Rusiyanın BMT-dəki daimi səfiri Vitali Çurkinin sözlərinə görə, Ukrayna rəhbərliyinin Rusiyayönümlü separatçıları dağıtmaq üçün ordu qüvvələri cəlb edəcəyini bəyan etməsi Rusiyada narahatlıq doğurub. Böyük Britaniyanın BMT-dəki nümayəndəsi Mark Layal Qrant isə bildirib ki, Ukraynada baş verən zorakılıqların "dirijorluğunu" Rusiyanın etdiyini göstərən sübutların sayı artır. "Böyük Britaniya Rusiyanı dərhal Ukrayna sərhədindən öz qoşunlarını geri çəkməyə, gərginliyi azaltmaq üçün əlindən gələni etməyə çağırır".//Anspress
Bizi sosial şəbəkələrdə izləyin !