Aprelin ortalarından Ukraynada hərbi münaqişə nəticəsində 4 132 nəfər həlak olub.APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi üzrə İdarəsinin (UN-OCHA) hesabatında bildirilir. “Noyabrın 11-nə olan məlumata əsasən, Malayziya təyyarəsinin həlak olmuş 298 sərnişini də daxil olmaqla, Ukraynada münaqişə dövründə 4 132 nəfər həyatını itirib, 9 747 nəfər yaralanıb”, sənəddə deyilir. Növbəti hesabat noyabrın 28-də təqdim olunacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !