BMT: Ukraynanın şərqində vəziyyət ağırdır

10:13 | 26.02.2015
BMT: Ukraynanın şərqində vəziyyət ağırdır

BMT: Ukraynanın şərqində vəziyyət ağırdır

BMT Ukraynanın şərqində yaranmış vəziyyəti ağır kimi qiymətləndirib.

APA-nın "İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik keçirdiyi mətbuat konfransında bildirib.
 
"Ukraynada vəziyyət doğrudan da ağır və kritikdir. Minskdə tədbirlər paketini razılaşdıran tərəflər öz öhdəliklərini yerinə yetirməlidirlər. Həmçinin toqquşmalara son qoyulmalı, dinc əhaliyə normal həyata qayıtmaq üçün şərait yaradılmalı, siyasi dialoqa başlanmalıdır”, deyə S.Düjarrik bildirib.
 
Onun sözlərinə görə, martın 2-də BMT Ukraynada insan haqlarının vəziyyətinə dair yeni hesabatını təqdim edəcək. 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM