BMT Ukraynaya böhranın həllində kömək etməyə hazırdır

17:50 | 21.02.2014
BMT Ukraynaya böhranın həllində kömək etməyə hazırdır

BMT Ukraynaya böhranın həllində kömək etməyə hazırdır

BMT Ukraynaya indiki böhranı aradan qaldırmaqda kömək etməyə hazırdır.Trend RİA Novosti agentliyinə istinadən bu barədə ümumdünya təşkilatın baş katibi Pan Gi Mun jurnalistlərə deyib."Biz ukraynalılara böhranın nizamlanmasında sülh yolu ilə kömək edəcəyik", - Pan Gi Mun deyib."BMT əvvəlki kimi Ukrayna xalqı ilə birlikdədir və onu dəstəkləyəcək", - BMT baş katibi vurğulayıb.Pan Gi Munun sözlərinə görə, Kiyevdəki vəziyyət hər tərəfdən zorakılığın tətbiqi səbəbindən pisləşib."Mən münaqişəyə qatılmış bütün tərəfləri zorakılığı dayandırmağa, həmçinin Ukrayna hakimiyyətini həddindən artıq güc tətbiq etməkdən çəkinməyə çağırıram", - Pan Gi Mun deyib. Onun sözlərinə görə, Kiyevdə onu odlu silahın istifadə edilməsi sarsıdıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM