BMT vurulmuş helikopterlə bağlı araşdırmaya başladı

10:18 | 13.11.2014
BMT vurulmuş helikopterlə bağlı araşdırmaya başladı

BMT vurulmuş helikopterlə bağlı araşdırmaya başladı

Dağlıq-Qarabağda Ermənistan hərbisinə məxsus helikopterin vurulması ilə əlaqədar Avropa Birliyi və Birləşmiş Millətlər Təşkilatından da reaksiya gəlib.ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, hər iki beynəlxalq təşkilat hələlik faktı təsdiqləməyib və məsələyə dair araşdırma aparılması üçün çağırış edib. BMT baş katibinin müavini Farhan Haq hadisəyə dair dəlillərin toplanacağını deyib.Avropa Birliyi isə, rəsmi saytında məsələyə münasibət bildirib. “Avropa Birliyi ATƏT-in Minsk qrupu və 3 həmsədrə məsələnin həllində göstərdiyi cəhdlərinə görə bir daha dəstəyini elan edir. Hər iki ölkə atəşkəs rejiminə riayət etməli, qarşılıqlı şəkildə güc tədbiq etməkdən çəkinməli və münaqişənin sülh yolu ilə nizamlanması üçün cəhdlərini yeniləməlidir”

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM