Departament bildirib ki, ehtiyat tədbiri olaraq daşıma dayandırılıb. Lakin məhdudiyyətlərin İstanbulun Avropa və Asiya sahilləri arasındakı boğazda fəaliyyət göstərən bərələrə şamil edilib-edilmədiyi məlum deyil.
Oktyabrın 16-da Türkiyənin Nəqliyyat Nazirliyi də duman səbəbindən Bosfor boğazından gəmi tranzitinin dayandırıldığını bildirib. Həmin vaxt 100-ə yaxın gəmi növbə gözləyib.
Oktyabrın 12-də gəmi qəzası səbəbindən Boğaziçi boğazı hər iki istiqamətdə gəmilərin hərəkəti üçün bağlanıb.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !