Bob Dilan aylar sonra Nobel mükafatını aldı

20:00 | 03.04.2017
Bob Dilan aylar sonra Nobel mükafatını aldı

Bob Dilan aylar sonra Nobel mükafatını aldı

Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən amerikalı musiqiçi Bob Dilan aylarla sürən müzakirələrdən sonra Nobel diplomunu və mükafat medalını alıb.

ANN.Az xarici KİV-ə istinadla xəbər verir ki, mükafatı ona Avropa turu çərçivəsində İsveçin paytaxtı Stokholmda aprelin 1-2-də baş tutan konsert proqramları ərəfəsində Nobel Mükafat Komitəsi səlahiyyətliləri tərəfindən təqdim olunub. Akademiyadan bildrilib ki, mükafatın təqdim olunması zamanı heç bir media qurumu iştirak etməyib. 

Şərtlərə görə, B.Dilanın 8 milyon kron (təxminən 1,5 milyon manat) pul mükafatını alması üçün 10 iyuna qədər ənənəvi Nobel mühazirəsi olmalı idi. Lakin o, mühazirə oxumayacağını və öz monoloqundan ibarət videogörüntü göndərəcəyini bildirib.

Xatırladaq ki, Bob Dilan Nobel mükafatının təqdimat mərasiminə qatılmamışdı və onun əvəzinə mərasimdə amerikalı musiqiçi Patti Smith çıxış etmişdi.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM