• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Bodrum sammitinə qatılmayan prezidentdən xəbər var

Bodrum sammitinə qatılmayan prezidentdən xəbər var
08.06.2014 09:33

Bir neçə gün öncə Türkiyənin Bodrum şəhərində keçirilən sammitdə iştirak etməyən Özbəkistan prezidenti İslam Kərimov “Özbəkistanda ərzaq proqramının həyata keçirilməsinin mühüm tərəfləri” mövzusunda Daşkənddə keçirilən Beynəlxalq konfransda iştirak etmək üçün bu ölkəyə gələn BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Joze Qratsiano da Silva ilə görüşüb.

ANS PRESS-in məluamtına görə, İslam Kərimov qonağı salamlayaraq deyib ki, Özbəkistan 2001-ci ildən FAO-nun üzvüdür və bu illər ərzində ölkədə 8 milli və regional layihə həyata keçirilib, hazırda isə 5 belə layihə öz həllini gözləyir.

Görüşdə qeyd edilib ki, FAO ərzaq məhsulları o cümlədən kənd təsərrüfatı ehtiyatları üzrə dünya və regional balansın formalaşması, yeni seleksiyanın tətbiqi, müasir kənd təsərrüfatı texnika və avadanlıqlarla təchiz olunması, sağlam və yararlı qidalanma problemlərinin dünya səviyyəsinə qaldırılması istiqamətində mühüm rol oynayır.

Diqqətə çatdırılıb ki, Özbəkistanda FAO-nun yardımı ilə su təchizatı və su ehtiyatlarının idarə edilməsi ilə bağlı müasir texnologiyalar tətbiq olunur, mütəxəssislər hazırlanır.

Joze Qratsiano da Silva əmin olduğunu bildirib ki, Daşkənddə keçirilən forum bəşəriyyətin başlıca problemi olan ərzaq təhlükəsizliyinin təmin olunması və kənd təsərrüfatının inkişafı istiqamətində mühüm platforma olacaq.

ANS PRESS

Oxşar xəbərlər
Oxşar xəbərlər
Armenia Airways barred from operating flights for six months
Dünya 12:30
Armenia Airways barred from operating flights for six months
Abbas Əraqçi Ər-Riyad və Dohaya səfər edəcək
Dünya 11:58
Abbas Əraqçi Ər-Riyad və Dohaya səfər edəcək
Olimpiya məşəli noyabrın 26-da Yunanıstanda alovlandırılacaq
Dünya 09:00
Olimpiya məşəli noyabrın 26-da Yunanıstanda alovlandırılacaq
Zelenski ilə Tramp arasında telefon danışığı baş tutub
Dünya 08:50
Zelenski ilə Tramp arasında telefon danışığı baş tutub
Almaniyada fövqəladə vəziyyət rejimi tətbiq edilə bilər
Dünya 23:13
Almaniyada fövqəladə vəziyyət rejimi tətbiq edilə bilər
Türkiyədə 126 nəfər toyuq ətindən zəhərlənib
Dünya 22:43
Türkiyədə 126 nəfər toyuq ətindən zəhərlənib
Meksika körfəzinin adı dəyişdirilir
Dünya 22:12
Meksika körfəzinin adı dəyişdirilir
Estoniya Gürcüstan üçün vizasız rejimi ləğv edib
Dünya 21:50
Estoniya Gürcüstan üçün vizasız rejimi ləğv edib
ABŞ Britaniya avtomobillərinə rüsumları azaldacaq
Dünya 21:40
ABŞ Britaniya avtomobillərinə rüsumları azaldacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol