Nigeriyada fəaliyyət göstərən "Boko Haram” terror qruplaşmasının silahlıları Kamerunda kəndə hücum ediblər. Hücum nəticəsində azı 30 dinc sakin öldürülüb.
Məlumata görə, silahlıların hücumuna Kamerunun şimalında Nigeriya sərhədindən bir neçə kilometr aralıda yerləşən Mbalyuel kəndi məruz qalıb.
Öldürülənlərin sayının artacağı istisna olunmur. Onların hamısının dinc sakin olduğu bildirilir.
APA
Bizi sosial şəbəkələrdə izləyin !