25-31 dekabr tarixlərini əhatə edən kampaniya çərçivəsində hər gün bir müştərinin hədiyyə qazanmaq şansı olacaq. Kampaniyada yalnız 28 Mall Ticarət Mərkəzində yerləşən Bolkart partnyor mağazalarında alış-veriş edən müştərilər iştirak edə bilər.
Bir həftə davam edəcək kampaniyanın şərtlərinə görə hər günün yekununa əsasən ən çox məbləğdə alış-veriş edən şəxs qalib elan olunur və Gigaset A220 modeli əldə edir. Kampaniyanın sonuncu, yəni 7-ci günü də daxil olmaqla bütün dövr ərzində ən çox məbləğdə alış-veriş edən bir müştəriyə isə İpad mini hədiyyə olunur. Qaliblərin mükafatlandırılması hər növbəti gün 28 Mall-da yerləşən Bolkart stendində aparılacaq.
Kampaniya həm köhnə, həm də yeni Bolkart kartları – Bolkart Gənc, Bolkart Ailə, Bolkart Gold, Bolkart Diamond ilə aparılmış alış-verişlərə şamil olunur.
Bolkart partnyor şəbəkəsi haqqında ətraflı məlumatla bu linkdən tanış ola bilərsiniz.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !