Qarşıdan gələn 28 may Respublika Günü münasibəti ilə“Bank of Baku” Bolkart sahibləri üçün yeni nağdlaşdırma kampaniyası elan edir.
Beləliklə, 22-28 may 2014-cü il tarixləri arasında Bolkart sahibləri kartlarından pul çıxara bilərlər. Kart sahibləri balanslarındakı bütün məbləği nağdlaşdıra bilərlər. Kartını nağdlaşdıran şəxslər iyulun 10-dək faizsiz ödəniş imkanı qazanır. Nağdlaşdırmanın komissiya haqqı 3 %-dir.
Bolkartı nağdlaşdırmaq üçün “Bank of Baku”-nun istənilən bankomatına üz tutulmalıdır. Bank bankomatlarının dəqiq ünvanları ilə bu keçiddən tanış olmaq mümkündür: http://www.bankofbaku.com/az/filials-and-atms/atms/Bu gün yüz minlərlə Azərbaycan vətəndaşı Bolkart ilə alış-veriş edir, kartdan nağd pul çıxarır və Bolkart-ın digər faydalı imtiyazlarından bəhrələnir. Bolkart MasterCard sahibləri isə Azərbaycanda, xarici ölkələrdə və internetdə alış-veriş edir. Bolkartın onlayn sifarişi: http://bolkart.az/#openorder Ətraflı məlumat: www.facebook.com/Bolkartwww.bolkart.az ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !