Bolkart-la xaricdə alış-veriş et, 3 ay sonra ödə

11:56 | 30.06.2014
Bolkart-la xaricdə alış-veriş et, 3 ay sonra ödə

Bolkart-la xaricdə alış-veriş et, 3 ay sonra ödə

“Bank of Baku” xaricdə yay tətilinə hazırlaşan Bolkart MasterCard sahibləri üçün sərfəli kampaniya elan edir. 1 iyul - 31 avqust 2014-cü il tarixlərində xaricdə alış-veriş edən Bolkart MasterCard sahibləri ödənişlərini 3 AY SONRA həyata keçirə bilərlər. Xarici ölkələrdə edilən əməliyyatlara görə, Bolkart sahibindən hər hansı faiz və ya komissiya tutulmur. Bolkart MC sahibləri kartlarındakı bütün məbləği sərf edə bilərlər.Beləliklə, iyul ayında istənilən xarici ölkədə Bolkartla alış-veriş edən şəxs, onun dəyərini oktyabrda ödəməyə başlayacaq. Avqustda alış-veriş edənlər isə müvafiq olaraq noyabr ayında ödəniş edəcəklər.Qeyd edək ki, Bolkart MasterCard ilə bu ödəmə sisteminin fəaliyyət göstərdiyi bütün ölkələrdə rahat və təhlükəsiz alış-veriş etmək olar. Artıq minlərlə Bolkart MC sahibləri bu imkandan bəhrələniblər.Beləliklə, xaricə yay tətilinə yola düşəndə, Bolkart MasterCardı özünüzlə götürməyi və ən azı bir çamadan alış-veriş etməyi unutmayın!Bu kampaniya barədə ətraflı məlumat üçün:www.facebook.com/Bolkart www.bolkart.az145 Məlumat MərkəziBolkart yaz, 8145-ə SMS göndər.Bolkartın onlayn sifarişi: http://bolkart.az/#openorderANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM