Yeni tədris ili ərəfəsində Bolkart sahiblərinin nağd pula olan ehtiyaclarını qarşılamaq üçün “Bank of Baku” nağdlaşdırma kampaniyası elan edir.
5-10 sentyabr 2014-cü il tarixləri arasında kartdan pul çıxaran Bolkart sahibləri, oktyabrın 10-dək möhlətli ödəniş imkanı qazanır. Nağdlaşdırmanın komissiya haqqı 2 %-dir (min. 2 AZN).Kart sahibləri balanslarındakı bütün məbləği nağdlaşdıra bilərlər.
10 oktyabradək borcu bağlaya bilməyən müştərilər, qalıq borcuna görə hər ay 2,5% komissiya ödəməklə məbləğin qaytarılmasını kartın müddətinin sonunadək uzada bilər.
Bolkartı nağdlaşdırmaq üçün “Bank of Baku”-nun istənilən bankomatına üz tutmaq olar. Bank bankomatlarının dəqiq ünvanları ilə bu keçiddən tanış olmaq mümkündür: http://www.bankofbaku.com/az/filials-and-atms/atms/
Nağdlaşdırma funksiyası daim açıq olan Bolkartlar nağdlaşdırma kampaniyasında iştirak etmirlər.
Beləliklə, indi hər bir Bolkart sahibi alış-veriş üçün nağd pulu kartı vasitəsilə rahat əldə edə bilər. Bolkartın onlayn sifarişi: http://bolkart.az/#openorder Ətraflı məlumat: www.facebook.com/BolkartANN.Az