Bolqarıstan Prezidenti İlham Əliyevə zəng edib

18:41 | 29.03.2024
Bolqarıstan Prezidenti İlham Əliyevə zəng edib

Bolqarıstan Prezidenti İlham Əliyevə zəng edib

Martın 29-da Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Rumen Radev Bakıya nəzərdə tutulan səfərinin ölkəsindəki daxili siyasi öhdəliklər səbəbindən gözlənilmədən təxirə salınmasından təəssüfləndiyini bildirib.

Dövlət başçıları qarşılıqlı maraq kəsb edən sahələrdə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər. İki ölkə arasında enerji, sərmayələr, nəqliyyat bağlılığı, habelə biznes təmaslarının təşviqi sahələrində tərəfdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğu vurğulanıb. Həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi üçün ikitərəfli sənədlərin işçi qaydada razılaşdırılma prosesində olduğu qeyd edilib. Telefon danışığı əsnasında prezidentlər diplomatik kanallar vasitəsilə səfərin yeni tarixlərinin razılaşdırılacağını bildiriblər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb