Bolqarıstanda türkləri təhqir etdilər

20:04 | 28.10.2014
Bolqarıstanda türkləri təhqir etdilər

Bolqarıstanda türkləri təhqir etdilər

Bolqarıstanda keçirilən parlament seçkilərində türklərin yaratdığı Haqq və Azadlıq Hərəkatının 2 üzvünün Küstendil bölgəsində qalib gəlməsi etirazlara səbəb olub.

Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qatı millətçilərin təşkil etdiyi aksiyada Türkiyə və türklər təhqir olunub. “Levski” futbol klubu tərəfdarları və Küstendildən gələn yüzlərlə etirazçı Haqq Azadlıq Hərəkatının ofisi qarşısına toplaşaraq türklərə qarşı irqçi şüarlar səsləndiriblər. Qeyd edək ki, son illər ərzində Bolqarıstanda hökumətin tərkibi 4 dəfə dəyişib. Həmçinin parlament də dəfələrlə buraxılaraq yenidən təşkil edilib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM