"Bolt" və "Uber" taksi şirkətləri ilə bağlı daxil olan müraciətlərin sayı çoxalıb- DIN

13:49 | 01.06.2023

"Bolt" və "Uber" taksi şirkətləri ilə bağlı daxil olan müraciətlərin sayı çoxalıb- DIN

Ölkədə "Bolt" və "Uber" taksi şirkətləri ilə bağlı daxil olan müraciətlərin sayı çoxalıb. Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev jurnalistlərə açıqlamasında deyib.

"400-dən çox taksi sürücüsünə neqativ fəaliyyəti ilə bağlı cinayət və inzibati xəta tərkibi yaradan əməllərə bağlı cərimələr tətbiq olunub. Bu istiqamətdə müvafiq tədbirlər davam etdirilir. Əsas diqqət ona yönəlib ki, nəqliyyat təsərrüfatında taksilərlə bağlı vətəndaş məmnunluğu təmin edilsin. Aidiyyəti dövlət qurumları ilə birgə kompleks işlər davam etdirilir", o bildirib.
 
2023-cü ilin yanvarında  Bakıda 9, 2022-ci ildə isə 300-dən çox taksi sürücüsü məsuliyyətə cəlb olunub.
 
Dövlət Statistika Komitəsinin hesabatına görə, 2022-ci ildə avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin sayı illik müqayisədə 21.3 faiz artaraq 540 milyon 376.4 minə çatıb. Avtobusla sərnişin daşınması 25.2 faiz artıb, taksi ilə isə əksinə, 21.4 faiz azalıb. 
  
Uber şirkəti 2009-cu ildə ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində yaradılıb və hazırda dünyanın 70-dən çox ölkəsinin 600-dən çox şəhərində, o cümlədən Azərbaycanda fəaliyyət göstərir.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb