Rusiyanın Suriyaya S-300 verməsi eskalasiyaya yox, stabilləşməyə gətirib çıxaracaq.
Axar.az xəbər verir ki, bu barədə bəyanatı Rusiya Xarici İşlər Nazirliyi ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri Con Boltona cavab olaraq yayıb. Bəyanatda Rusiyanın öz tərəfdaşlarına hərbi-texniki dəstək göstərməsinin onun haqqı olduğu bildirilib.
Qeyd edək ki, Bolton bundan öncə Rusiyanın Suriyaya S-300 verməsinin Yaxın Şərqdə destabilizasiyaya səbəb olacağını söyləmişdi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !