Boneyra xalqı ana dilində danışmaqdan məhrum edilib

10:51 | 22.08.2024
Boneyra xalqı ana dilində danışmaqdan məhrum edilib

Boneyra xalqı ana dilində danışmaqdan məhrum edilib

Boneyra əhalisinin sayında bu gün kəskin azalma müşahidə olunur. "Report" xəbər verir ki, bunu insan hüquqları fəalı, hüquq müdafiəçisi və "Pueblo Progresivo Uni"nin siyasi lideri Ceyms Fins (James Finies) Bakı Təşəbbüs Qrupu (BTQ) və Boneyra İnsan Hüquqları və Dəyişiklik naminə Hərəkatının birgə təşkilatçılığı ilə keçirilən "Boneyra adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” adlı konfransda deyib.

"Heç kim bu xalqın mübarizəsi haqqında tam məlumatlı deyil. Bugünkü tədbir bizim müstəqillik mübarizəmizin nümayişidir. Boneyra adasında əhalinin sayı getdikcə azalır. Bu necə baş verir? İnsanlar təzyiqlərlə üzləşdikləri üçün ərazini tərk edirlər. İmmiqrasiya prosesi sayın azalmasına kəskin təsir edir.
Boneyra xalqının üzləşdiyi digər bir ana dilində danışmaqdan və uşaqların bu dildə təhsil almaqdan məhrum edilməsidir. Yerli xalq üçün öz dilində ünsiyyət çox önəmlidir. Ancaq Niderland hökuməti bütün bunları Boneyra xalqının əlindən almağa çalışır", - o qeyd edib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM