Borca düşən və sərvət yığan erməni generallar

11:25 | 09.09.2017
Borca düşən və sərvət yığan erməni generallar

Borca düşən və sərvət yığan erməni generallar

Ermənistan silahlı qüvvələrinin (SQ) baş qərargah administrasiyasının rəhbəri, 2 ay əvvəl həmin vəzifəyə yenidən təyin olunan general Aris Brutyan yüksək vəzifəli şəxslərin etika komissiyasına vəzifəni təhvil alarkən təqdim etdiyi bəyannaməyə görə mənzil, maşın qarajı və 410 min dram borcu olduğunu bildirib.
Məlumata görə, vəzifəni təhvil alarkən 1 iyul tarixi üçün onun vəsaiti olmayıb. Gəlirləri isə əmək haqqından 3 milyon 271 min dram təşkil edib.

Brutyan vəzifəyə yenidən təyin olunsa da, tərcümeyi-halından məlum olur ki, 2009-cu ildən etibarən baş administrasiyanın yaradılmasından bu günədək onun rəhbəri olub.

Ermənistan SQ baş qərargahının səfərbərlik idarəsinin rəisi general Kamo Koçuntsun isə 5 daşınmaz əmlakı var. Bu haqda etika komissiyasına göndərilən bəyannamədə qeyd olunub.

Erməni general 1 mənzil, 3 torpaq sahəsi, 1 bağ evi haqqında məlumat verib. İyulun 1-də vəzifəni təhvil alan zaman onun 2 milyon 500 min dram vəsaiti olub. Əvvəlki əmək haqqından gəlirləri isə 3 milyon 240 min dram təşkil edib.

Qeyd edək ki, bu vəzifəyə general Koçunts təkrar təyin edilib. O, bu vəzifəni 2013-cü ildən tutur. Bundan əvvəl isə Ermənistan ordusunun 5-ci ordu korpusunun komandiri olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM