• $
  • €
  • ₽
  • ₺
  • £

“Borçalı” Kommersiya Bankının ləğv prosesi yekunlaşıb

“Borçalı” Kommersiya Bankının ləğv prosesi yekunlaşıb
26.02.2024 21:09
Əmanətlərin Sığortalanması Fondu (ƏSF) "Borçalı” Kommersiya Bankının (KB) ləğv prosesini yekunlaşdırıb.

Bu barədə Fonddan bildirilib.

1992-ci ilin dekabr ayından fəaliyyət göstərmiş Bankın lisenziyası 31 yanvar 2005-ci ildə ləğv edilmiş və məcburi ləğv prosesi başlanılmışdı. Həmin vaxtdan 2017-ci ilə qədər ləğvetmə ilə "RR and VAM” Beynəlxalq auditor firması, daha sonra isə "RR&VAM Beynəlxalq Audit Konsaltinq” MMC məşğul olub.

Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17.08.2017-ci il tarixli, 2-1(103)-1376/2017 nömrəli qərardadı ilə məcburi ləğv edilmiş "Borçalı” KB-yə təyin edilmiş "RR&VAM Beynəlxalq Audit Konsaltinq” MMC-nin ləğvedici qismində fəaliyyətinə xitam verilib və ƏSF Bankın ləğvedicisi təyin edilib.

ƏSF Bankın öhdəliklərinin qısa müddət ərzində icrasının təmin edilməsi istiqamətində qanunla müəyyən edilmiş tədbirlər həyata keçirib və nəticədə bütün öhdəliklərin icrası tam təmin olunub. Fond ləğv prosesinin yekunlaşdırılması və Bankın ləğvedicisi qismində Fondun fəaliyyətinə xitam verilməsinə dair ərizə ilə müvafiq Məhkəməyə müraciət edilib.

Ali Məhkəmənin 29 dekabr 2023-cü il tarixli, 2-3(102)-12/2023 nömrəli qərarı ilə Fondun ərizəsi təmin edilərək, ləğvedici qismində Fondun fəaliyyətinə xitam verilib və Bankın ləğv prosesi yekunlaşdırılıb.

Fondun ləğvetməsində hazırda 22 bank var. Fond bu bankların da ləğvetməsini kreditorların maraqlarına uyğun şəkildə mümkün ən qısa zaman ərzində yekunlaşdırılması üçün bütün zəruri tədbirləri həyata keçirir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yeni nəsil kassa aparatları ilə dövriyyə 26 milyard manatı ötüb
İqtisadiyyat 15:33
Yeni nəsil kassa aparatları ilə dövriyyə 26 milyard manatı ötüb
Daşınmaz əmlak alanlara 30 milyon manata yaxın ƏDV geri qaytarılıb
İqtisadiyyat 15:17
Daşınmaz əmlak alanlara 30 milyon manata yaxın ƏDV geri qaytarılıb
ABB DigiLife onlayn jurnalını təqdim etdi!
İqtisadiyyat 15:03
ABB DigiLife onlayn jurnalını təqdim etdi!
"Qoşadaş" perspektiv strukturunda seysmik kəşfiyyat işlərinə başlanılıb
İqtisadiyyat 13:40
"Qoşadaş" perspektiv strukturunda seysmik kəşfiyyat işlərinə başlanılıb
Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək
İqtisadiyyat 12:33
Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək
Azərbaycanda vergi ödəyicilərinin sayı 5 %-ə yaxın artıb
İqtisadiyyat 12:02
Azərbaycanda vergi ödəyicilərinin sayı 5 %-ə yaxın artıb
Kommersiya qurumlarının sayı artıb
İqtisadiyyat 10:52
Kommersiya qurumlarının sayı artıb
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
İqtisadiyyat 10:51
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
Ölkədə muzdla çalışan işçilərin sayı 1,8 milyon nəfərə yaxınlaşıb
İqtisadiyyat 10:41
Ölkədə muzdla çalışan işçilərin sayı 1,8 milyon nəfərə yaxınlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol