Borclarımız arta bilər

17:37 | 24.03.2015
Borclarımız arta bilər

Borclarımız arta bilər

"Azərbaycanda dövlət borcunun payının aşağı olması həmişə müsbət məqam kimi qeyd edilib. Hətta beynəlxalq təşkilatlar da bunu təqdir ediblər. Ancaq fevral devalvasiyası Azərbaycanın mövqeyini bu sahədə müəyyən qəhəmiyyətli dərəcədə pisləşdirəcək".

ANS PRESS-in məlumatına görə, bu barədə iqtisadçı Samir Əliyev bildirib. Mütəxəssis hesab edir ki, xarici borcun ümum daxili məhsulda (ÜDM) payının artması baş verəcək. 

"Bir tərəfdən ÜDM-in dollar ifadəsində həcminin təxminən 34% azalması, digər tərəfdən dünya bazarlarında neftin ucuzlaşması səbəbindən ÜDM-in nominal həcminin azalacağı xarici dövlət borcunun payının artmasını şərtləndirəcək. Üstəgəl ilboyu kreditlərdən istifadə etdikcə dövlət borcunun da artması baş verəcək".

İqtisadçının fikrincə, ilin sonuna xarici borcun ÜDM-də payı 15-20% təşkil edəcək: "Bura dövlət şirkətlərinin, məsələn SOCAR-ın, dövlət zəmanəti ilə aldığı borcları da daxil etsək, onda borcun həcmi xeyli çox olar. Neftin qiymətindən asılı olaraq manatın mümkün ucuzlaşması dövlət borcunu artıracaq".

Qeyd edək ki, Maliyyə Nazirliyinin son məlumatına görə, yanvarın 1-i tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 6,478.2 milyon ABŞ dollarına çatıb. Həmin dövrə xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) olan nisbəti 8.6% təşkil edib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM