Problemli kredit borcları olan bir çox ölkələr bunun qaşısını almaq üçün müxtəlif usüllara əl atırlar. Bəzi ölkələr isə banklara yüksək səviyyədə borcu olanların ölkədən xaricə çıxmasına qadağa qoyurlar. Bu qadağanın qoyulmasında məqsəd isə borclu şəxslərin əvvəl-axır banka olan borclarını qaytarmalarına nail olmaqdır.
Hazırda əhali banklardan müəyyən məbləğdə kredit götürür. Kredit götürən şəxslər, bağlanmış müqavilədə qeyd olunduğu kimi, aylıq olaraq ödəniş etməlidir. Vaxtlı-vaxtında kreditini ödəyən şəxs isə istənilən vaxt ölkədən çıxa bilər
İqtisadçı ekspert Əkrəm Həsənov bildirir
ki, vətəndaşın ölkədən çıxışı yalnız
məhkəmə qərarı ilə məhdudlaşdırıla bilər.
"Ölkədən çıxışın məhdudlaşdırılması
yalnız banka olan borca görə müəyyən edilmir. Bu borc sələm borcu və yaxud aliment borcu ola bilər. Bu zaman borc verən həmin şəxsi məhkəməyə verir. Məhkəmə
də qərar verir ki, həmin şəxs ödənişi etməlidir ya yox. Bundan
sonra İcra məmuru məhkəməyə əlavə müraciət edir ki, borclu şəxsin ölkədən çıxışına
məhdudiyyət qoyulsun. Qanuna əsasən İcra məmuru əsaslandırmalıdır ki,
borclu məhz üzrsüz səbəbdən borcu ödəmir. Amma bir qayda olaraq İcra məmurları
bunu əsaslandırmırlar. Üzrsüz səbəb o deməkdir ki, yəni vətəndaşın pulu var amma
borcu ödəmir. Bizim İcra məmurları buna fikir vermirlər. Yəni ödəməmək qanun
pozuntusu deyil. Şəxsin əgər ödəniş qabiliyyəti varsa və o borcu ödəmirsə, bu artıq
qanun pozuntusu hesab olunur. Ona görə Azərbaycanda qəbul edilən belə qərarların
əksəriyyəti qanunsuzdur. Çünki həmin məhkəmə qərarlarında şəxsin ödəniş
qabiliyyətinin olması sübuta yetirilmir. Bəzən də borclu şəxslər özləri İcra
başçılarının yanına gəlib xaricə çıxışa stop qoymamaları üçün onlardan xahiş
edirlər. Konkret olaraq bu məsələyə vahid yanaşma yoxdur”, - ekspert bildirib.
Əgər şəxs kredit götürüb uzun müddətə ölkəni tərk edərsə, bu borcun aqibəti necə olur?
"Hər bir halda borc verən müəssisə, həmin şəxsi məhkəməyə verə bilər. Məhkəmədə onun xeyrinə qərar çıxarır ki, borc
ödənilməlidir. Bundan sonra artıq İcra məmuru tədbirlər görməlidir. Həmin şəxsin
hər-hansı əmlakı varsa, o əmlak müsadirə ediləcək. Yox əgər əmlakı yoxdursa sadəcə
onu axtarışa verəcəklər. Bundan başqa alternativ yol yoxdur”, - Həsənov
vurğulayıb.
2015-ci ildə Milli Məclisin iclasında "icra haqqında” qanuna dəyişiklik edilib və dəyişikliyə əsasən, banka olan borcunu gecikdirən, həmçinin vergi borcu olan şəxslərin ölkədən getmək hüququ məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılacaq.
Eltac Nurullazadə
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !