Borcu olan şəxsin Azərbaycana gəlməsinə icazə verilmədi

21:30 | 16.01.2019
Borcu olan şəxsin Azərbaycana gəlməsinə icazə verilmədi

Borcu olan şəxsin Azərbaycana gəlməsinə icazə verilmədi

Rusiyanın Samara vilayətinin Bezençukski rayon sakininin 50 min rubl (1270 manat - red.) borc səbəbindən ölkədən çıxışına məhdudiyyət qoyulub. 

Bununla bağlı qərar rayon məhkəməsi tərəfindən qəbul edilib. 

Həmin şəxs isə bu məhdudiyyətdən yalnız Azərbaycandakı qohumlarının yanına gəlmək istəyərkən xəbər tutub. Onun ölkədən çıxmasına icazə verilməyib. 

Planlarını pozmaq istəməyən şəxs borcunu bank xidməti vasitəsilə ödəyib. Bundan sonra onun üzərinə qoyulan məhdudiyyət ləğv edilib./oxu.az

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb