Borcumuz açıqlandı

18:47 | 16.05.2014
Borcumuz açıqlandı

Borcumuz açıqlandı

Milli Məclisdə "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında” qanununun layihəsi müzakirə olunaraq qəbul edilib. ANS PRESS-in məlumatına görə, qanun layihəsini Mili Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə təqdim edib. O çıxışında 2013-cü ilin dövlət büdcəsinin icrasının göstəricilərindən danışıb. Daha sonra çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov da büdcənin icrası ilə bağlı tanış olduğunu və büdcənin uğurla icra olunduğunu deyib:“Bu vəsait hesabına 1165 layihə icra edilib. Dövlət əsaslı vəsait qoyuluşu xərcləri hesabına 6,9 milyard manat vəsait qoyulub. Bu vəsait hesabına 1165 layihə icra edilib. Bunlardan 78,3 faizi keçid layihələrin, yəni başlanmış layihələrin sona çatdırılmasına yönəlib. Hesablama Palatası tərəfindən hazırlanan rəy dövlət büdcəsinin gəlir və xərcləri üzrə təhlilləri əks etdirir. Ötən il cənab prezidentin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə 5,8 real inkişaf tempinə nail olunmuş, adambaşına düşən ÜDM təxminən 8 min dollar yaxın olub. Qeyri-neft sektoru üzrə 10 faiz artım olub. Azərbaycanın iqtisadi inkişaf tempində sabitlik əldə olunub. 2013-cü ildə dövlət büdcəsinin gəlirləri 337, 3 milyon manat və yaxud 1,7 faiz artıq icra olunub. Vergi daxilolmaları 77,8 %-dən 109,8%-ə, qeyri-vergi daxilolmaları isə icra 58, 1 %-dən, 272 %-ə çatdırılıb. Daxilolmaların səviyyəsinə uyğun olaraq dövlət büdcəsinin xərcləri əvvəlki illərə nisbətən 1,7 milyard manat və yaxud 9,9 % çox icra edilib. Dövlət büdcə xərclərinin 48 %-ini cari xərclər təşkil edir. Əsaslı xərclər isə dövlət büdcəsinin 48,2 %-ini təşkil edir. Dövlət əsaslı vəsait qoyuluşu xərcləri hesabına 6,9 milyard manat vəsait qoyulub. Bu vəsait hesabına 1165 layihə icra edilib. Bunlardan 78,3 faizi keçid layihələrin, yəni başlanmış layihələrin sona çatdırılmasına yönəlib. Dövlət əsaslı vəsait qoyuluşu xərclərinin 90,7 %-i proqram məqsədli investisiya layhələridir. Dövlət borclarına və öhdəliklərə ümumi xərclərin 3,8 faizi məbləğində vəsait yönəldilib. Beynəlxalq maliyyə kredit təşkilatları ilə imzalanmış kredit sazişlərinin ümumi məbləği 368,7 milyon manat olub. Bu isə təsdiq olunan limitin 49,2 faizdir. Xarici dövlət borcunun artım tempi dövlət büdcə xərlərinin artım tempindən 2 dəfə az olub". Hesablama Palatasının sədri sonda büdcəninn uğurla icra olunduğunu bildirib.Maliyyə naziri Samir Şərifov da Milli Məclisdə dövlət büdcəsinin icrası haqqında qanun layihəsi ilə bağlı çıxışı edib. O, bildirib ki, 2013- ci il büdcə gəlirləri 101,8 faiz icra olunub. Bu da rəqəmlə 19.496,329.9 manat təşkil edir:“Əhalinin ərzaq məhsulları ilə təminatı ilə bağlı 128 milyon manat vəsait ayrılıb. Kənd təsərrüfatı yanında kredit təşkilatına 8 milyon manat vəsait ayrılıb. Sahibkarlığa kömək milli fonduna 150 milyon vəsait ayrılıb. 2014-cü ilin 1 yanvar tarixinə xarici təşkilatlarla 12 milyard dollarıq müqavilə imzalanıb. Dövlətin xarici borcu 6,1 milyard dollar təşkil edir və bu da ÜDM nisbətdə 8 % dir. Dövlət büdcəsinin xərcləri 728 milyon manat icra olunub. Büdcənin icrasına proqnoz ediləndən 3,2 faiz artıq əməl olunub. Dövlət büdcəsində faktiki olaraq 353 milyon manat profisit olub. Azərbaycan hesabat ilində 71 ölkədə plan diplomatik korpus və konsulluğun saxlanımasına 59 milyon manat xərcləyib".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM