Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında növbəti maraqlı dialoq olub.
NATO sammitində Türkiyə Prezidenti Baş nazirə yaxınlaşaraq onu çiyninə toxunub. Masa arxasında əyləşən Conson ayağa qalxaraq Ərdoğanı salamlayıb:
"Salam, dostum. Necəsən?”, - deyib.
Türkiyənin Prezidenti isə "Yaxşı, yaxşı” deyərək kreslosuna keçib.
İyunun 29-da, zirvə toplantısı başlamadan öncə üç lider arasında maraqla qarşılanan qısa söhbət olmuşdu. Söhbət zamanı Böyük Britaniyanın Baş naziri Boris Conson türkiyəli həmkarına türk dilində "Çox gözəlsən” ifadəsini işlədib. Ərdoğan Consona "Çox gözəlsən” deyə qarşılıq vermişdi.
İyunun 29-da İspaniyanın paytaxtı Madriddə NATO sammiti öz işinə başlayıb. Sammitdə alyansa üzv olan 30 ölkənin liderləri iştirak edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !