Boris Nemtsova iki tapançadan atəş açılıb

13:53 | 08.08.2015
Boris Nemtsova iki tapançadan atəş açılıb

Boris Nemtsova iki tapançadan atəş açılıb

Rusiyalı müxalifətçi Boris Nemtsov iki müxtəlif tapançadan açılan atəşlə qətlə yetirilib.

APA-nın xəbərinə görə, bu barədə "Kommersant” cinayət işi ilə bağlı keçirilən kompleks ekspertizaya istinadən məlumat yayıb.
 
Nəşrin yazdığına görə, Nemtsov üç güllə yarasını səsboğucu olan tapançadan, digər yaraları isə səssiz atəş üçün qurğu ilə təchiz olunmayan silahdan açılan atəş nəticəsində alıb. Ekspertlər həmçinin iddia ediblər ki, Nemtsovun aldığı yaraların fərqli olması müxtəlif patronlarla əlaqədar ola bilər.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM