ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, yanğın monastrın restavrasiya işləri gedən hissəsində baş verib və qəza zamanı 300 kvadratmetr hissəsi ziyan çəkib. Nazirliyin açıqlamasına görə, məzarlıqdakı qəbirlər, əsas bina heç bir ziyan görməyib.
Novodeviçi monastrı UNESCO-nun Dünya Mirası siyahısında yer alıb. 16-cı əsrdən qalma monastra bitişik məzarlıqda Nazim Hikmətin qəbri ilə birlikdə Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsinin və bir çox tanınmış şəxslərin qəbri yerləşir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !