Borrell Ukraynadakı münaqişənin 15 günə bitməsinin mümkünlüyünü açıqlayıb

12:33 | 07.10.2024
Borrell Ukraynadakı münaqişənin 15 günə bitməsinin mümkünlüyünü açıqlayıb

Borrell Ukraynadakı münaqişənin 15 günə bitməsinin mümkünlüyünü açıqlayıb

Qərbin hərbi və iqtisadi yardımı olmasaydı, Ukraynada münaqişə 15 günə bitəcəkdi. Bunu "20 Minutos" nəşrinə müsahibəsində Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib.

"Bir çox insanlar münaqişənin mümkün qədər tez bitməsini istəyir. Əgər biz Ukraynaya dəstəyi dayandırsaq, 15 gün ərzində müharibə başa çatacaq və Rusiya prezidenti Vladimir Putin öz məqsədlərinə çatacaq. Amma biz bunu ukraynalılar üçün istəyirikmi?”, -  siyasətçi bildirib.

Borrell əlavə edib ki, belə bir ssenari Avropa İttifaqı (Aİ) üçün qəbuledilməzdir. 
 
Onun sözlərinə görə, Ukraynadakı münaqişə guya avropalıların təhlükəsizliyi ilə bağlıdır.
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti