İyulun 24-də səhər saatlarında Bakının Binə qəsəbəsində yeni yaşayış massivində dəhşətli qətl hadisəsi törədilib.
"Qafqazinfo” xəbər verir ki, Lerik rayonunun Çayrud kənd sakini Cəfərov Meyxoş Ağası oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1989-cu il təvəllüdlü Fərəcova Xatirə Ramazan qızına 10 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Əri Xatirəni çalışdığı gözəllik salonuna az qalmış - işə çatarkən öldürüb. Qətlin törədilməsinə Fərəcova Xatirənin ərindən boşanmaq istəməsi səbəb olub.
Qeyd edək ki, Xatirə Fərəcova 3 uşaq anası olub. Məlumata görə, o və uşaqları tez-tez əri tərəfindən döyülürmüş.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !