Botanika bağına cavabdeh kimdir? - VİDEO+FOTO

20:00 | 09.04.2014
Botanika bağına cavabdeh kimdir? - VİDEO+FOTO

Botanika bağına cavabdeh kimdir? - VİDEO+FOTO

"Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə: "Bakının Botanika bağını ağac soyqırımından xilas edin!".

Belə başlıqla beynəlxalq internet-resurs AVAAZ.org-da prezident Əliyevə çağırış yerləşdirilmişdir. Dövlət başçısını Botanika bağında ağacların doğranmasının qarşısını almağa inandırmaq üçün bu çağırışın imzalanması xahiş olunurdu.Bu sayt müxtəlif ölkə vətəndaşlarının ən müxtəlif müraciətləri üçün imza toplanması məqsədi ilə yaradılıb.Botanika bağında ağacların doğranması haqqında sosial şəbəkələrdə yayılan xəbərlər və şayiələr Bakıda ictimaiyyəti çox həyəcanlandırdı. Lakin ANN.Az ağacların kəsilməsinin kimə lazım olması barədə heç bir yerdən dəqiq məlumat ala bilmədi, çünki Botanika bağında bizim suallarımıza cavab verməkdən qəti sürətdə imtina etdilər və bunu da onunla əsaslandırdılar ki, onlara açıqlama vermək qadağan edilib. Cavab vermək əvəzinə bağın aid olduğu Milli Elmlər Akademiyasının mətbuat xidmətinə zəng vurmağı məsləhət gördülər.Amma AMEA-da da həmçinin bizim suallarımıza cavab verən olmadı, yalnız bildirdilər ki, yaxın günlərdə bu barədə rəsmi açıqlama olacaq.Bu ərəfədə mətbuatda Botanika administrasiyasının bəyanatı yayıldı. Həmin açıqlamaya görə, Mərkəzi Botanika Bağında ağacların kəsilməsi və həmin ərazidə tikinti işlərinin aparılacağı barədə informasiyalar həqiqətə uyğun deyil.Botanika bağında deyildiyi kimi, ağacların bir hissəsinin yerdəyişməsi üzrə işlər həyata keçirilib, ağaclar bağın başqa bir hissəsində əkilib. Ağacların yerinin dəyişdirildiyi sahə yarım hektardan çox deyil: "Göstərilən yerdə tədqiqatların keçirilməsi üçün bərpaetmə işlərinin həyata keçirilməsi nəzərdə tutulur".Bundan başqa onu da bildirdilər ki, ağacların yerdəyişməsi prosesinin başlanması həmin sahənin altından keçən yeraltı kommunikasiya xətlərinin ağac köklərinin inkişafına mane olması ilə bağlıdır.Lakin biz bu deyilənlərin rəsmi qaydada təsdiq olunmasına nail ola bilmədik. Nə Botanika bağında, nə də Milli Elmlər Akademiyasında hər hansı səlahiyyətli şəxs bizim bu suallarımıza cavab vermədi. Əvəzində Botanika bağına yaxın çoxmərtəbəli binalarda yaşayan sakinlər bizə başqa məlumat verdilər, həmçinin küknar ağacları ilə yanaşı digər ağacların da kəsilməsinə dair fotoları bizə təqdim etdilər."Botanika bağı yaxınlıqda yaşayan vətəndaşlar aprelin 2-də, 4-də və 6-da çəkilmiş şəkilləri internetdə yerləşdiriblər. "Oksford məktəbinə" yaxın olan ərazinin bir hissəsini artıq torpaqla eyniləşdiriblər. Ağacların kəsilməsi, əsasən, gecələr aparılır ki, həm çəkişlər az olsun, həm də görən olmasın. Çoxsaylı zənglərdən sonra Botanika bağının rəhbərliyi bildirib ki, ağaclar guya gəzinti zonası üçün nəzərdə tutulmuş yerdə əkilmək üçün çıxarılır. Hələ o faktı qırağa qoyaq ki, ağacların dəyişməsi bir qayda olaraq fevralda həyata keçirilir. Maraqlı olan başqa məsələdir. Böyük çoxillik bitkinin (60-70) yerdəyişməsini oxucu necə təsəvvür edir? Belə görünür, oxucuları "lox" yerinə qoyublar", - bloqqer "Bozqurd" yazır.Onun verdiyi xəbər ağacların kəsilməsindən əvvəl, kəsildikdən sonrakı fotoları ilə və ağacların məhv edilməsi prosesinin videoyazısıyla müşayiət olunur.Botanika bağının direktoru, ölkənin tanınmış alimi Oruc İbadlı hazırda ağır xəstədir, o işə çıxmır və telefon zənglərini cavablandırmaq gücündə deyil.Bizdə olan məlumatlar görə, alimin xəstəliyinin səbəbi uzun illər sürən mübahisədir. O, bu ərazini uzun illər müdafiə etmək məcburiyyətində olub və hücumların çoxalması sonda Oruc İbadlının səhhətinin pisləşməsi ilə nəticələnib. Bu sahəyə gəlirli "obyektlər" tikmək üçün çoxdan "göz" qoyublar. Deyilənə görə, mərhum prezidentin qardaşı, akademik Cəlal Əliyev də ona bu müdafiədə dəstək olurmuş və Oruc İbadlı müqavimət göstərə bilirmiş. Amma zəmanə dəyişir və hətta nə vaxtsa qüdrətli olan akademik Əliyev də Oruc İbadlıya kömək edə bilmir. Bizim gözlərimizin önündə Bakının ən gözəl guşəsi məhv edilir.Bu il elə həmin qaydayla Zərdabi prospektindəki Respublika Eksperimental Tibb Klinikasının yaxınlığındakı yaşıl ağaclar və Seyidova küçəsindəki köhnə ağaclar da kəsilmişdir. Sakinlərin şikayətlərinə, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yazılmış cərimələr haqqında xəbərlərinə baxmayaraq, bir zamanlar mərhum H.Əliyevin obrazlı şəkildə barəsində danışdığı ağacların soyqırımı davam edir.Hər üç yaşıllıq Bakının Yasamal rayonu ərazisinə düşür. Bu rayonun başçısı İbrahim Mehdiyevin və Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun birbaşa məsuliyyət daşımasını göstərir.Foto: Bakıda artıq bu gözəllikdən əsər-əlamət yoxdur.

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM