Boğulmuş 3 yaşlı uşağın atası ürəkləri parçaladı

22:40 | 03.09.2015
Boğulmuş 3 yaşlı uşağın atası ürəkləri parçaladı

Boğulmuş 3 yaşlı uşağın atası ürəkləri parçaladı

Türkiyədəki çimərlikdə cəsədi tapılmış üç yaşlı suriyalı oğlanın atası BBC-ə övladının necə dəhşətli vəziyyətdə ölməsindən danışıb.

Aylan Kurdinin atası Abdullah deyib ki, mindikləri qayıq yola düşməyə başlayandan bir neçə dəqiqə sonra hündür dalğalar onu aşırıb, gəminin kapitanı isə qaçıb.

"Uşaqlarımı və yoldaşımı tutmağa çalışdım, amma olmadı. Onlar bir-birinin ardınca öldülər", cənab Kurdi deyir.

Onun ailəsi Suriyada vətəndaş müharibəsindən qaçmağa çalışan ailələrdən biri idi.

"Mən qayığı idarə etməyə çalışdım, amma başqa bir böyük dalğa qayığın üstünə gəldi. Bundan sonra bütün bunlar baş verdi", cənab Kurdi deyib.

Türkiyə polisi ölümlərlə bağlı dörd nəfəri saxlayıb. Onlar qanunsuz insan qaçaqmalçılığında ittiham olunur. Aşmış qayıqlarda 12 suriyalı ölüb.

Tutulan dörd kişi Suriya vətəndaşıdır və yaşları 30-41 arasındadır, Türkiyənin Doğan xəbərlər agentliyi deyib.

Bu il Avropaya çatmağa çalışan minlərlə miqrant ölüb.//bbc.com/azeri

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti