Milliyətçi Hərəkat Partiyasından (MHP) Türkiyə parlamentinin üzv seçilmiş, əslən Azərbayjandan olan millət vəkilləri Atilla Kaya və Sinan Oğan Türkiyə-Ermənistan sərhədinin Alican sərhəd-keçid məntəqəsində olublar. Bu barədə ANS PRESS-ə Türkiyənin İqdır şəhərində yerləşən Azərbaycan Evi Dərnəyinin başçısı Sərdar Ünsal bildirib. Onun sözlərinə görə, Alican sərhəd-keçid məntəqəsində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə etiraz aksiyası keçirib. Tədbirdə millət vəkili Atilla Kaya bildirib: "Erməni hücumları nəticəsində cəbhə xəttində 20-yə yaxın Azərbaycan əsgəri həyatını itirib. Şəhid əsgərlərimizə Allahdan rəhmət diləyirəm. Azərbaycanlı qardaşlarımıza soydaşlarımızın yanında olduğumuzu bildirmək istiyirəm. 20 ildən çoxdur ki, Dağlıq Qarabağ və beş şəhər işğal altındadır. Bütün dünya erməni işğalını sakitcə seyr edir. Bu vəziyyətdən faydalanan, cəsarət alan erməni rəhbərliyi mütəmadi olaraq Azərbaycan torpaqlarına atəş açır. Bizə telefon açan, Azərbaycanın yanında ermənilərə qarşı döyüşə getmək istəyən gənclərimiz var. Azərbaycan tək deyil. Hər zaman Azərbaycanın yanındayıq, Ermənistanın bunu yaxşı bilməsi lazımdır". Millət vəkili Sinan Oğan isə hər zaman Alican sərhəd-keçid məntəqəsinin açılmasına qarşı olacaqlarını vurğulayıb: "Azərbaycanda şəhid olan əsgərlərimizə baş sağlığı diləyirik .Hər kəs bunu yaxşı bilsin ki, biz hər zaman Azərbaycanın yanındayıq. Azərbaycan torpaqları geri qaytarılmadan sərhəd-keçid məntəqəsinin açılmasına əsla icazə vermərik. Açıqca deyirik, Ermənistanın qarşısında dayanacaq və Azərbaycanın yanında yer alacağıq”.Atilla Kaya və Sinan Oğanla yanaşı tədbirdə keçmiş millət vəkili Abbas Bozyel, MHP-nin İqdır vilayəti təşkilatının Cahit Erol, İqdır Azərbaycan Evi Dərnəyinin başçısı Sərdar Ünsal, Türkiyə Azərbaycan Dərnəyi rəhbəri Ənvər Türkoğlu, İstanbul Türkiyə Azərbaycan Dərnəyi başçısı Səfər Qaraqoyunlu, İqdır Qafqaz Çeçen Dərnəyi başçısı Məhərrəm Çeçen də tədbirə qatılıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !