"BP” (British Petroleum) neft korporasiyasının Yaxın Şərq regionu üzrə ofis müdiri Maykl Taunşed yaxın 3 il ərzində neftin 1 barelıinin qiymətinin 60-80 dollar arasında olacağını proqnozlaşdırıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə "ADİPEC-2015” neft-qaz sərgsində çıxışı zamanı deyib.
"Biz hesab edirik ki, yaxın 3 il ərzində neftin qiyməti barelə görə ortalama 60 dollar olacaq. Hələ ki, təklif tələbdən çoxdur”.
Bununla belə, Beynəlxalq Energetika Agentliyi neft qiymətlərinin 50 dollar civarında sabitləşəcəyini və yalnız 2040-cı ilin sonlarında 85 dollara qədər bahalaşa biləcəyini istisna etməyib.
Bu proqnozlar dünya iqtisadiyyatının orta müddətdə artım perspektivi, Yaxın Şərqdə qeyri-sabit siyasi rejim və "OPEK”-in neft bazarında öz payını saxlamaq amili ilə bağlıdır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !