BP 2022-ci ildə Şahdənizdə qaz hasilatını 9% artıracaq

17:18 | 09.02.2023
BP 2022-ci ildə Şahdənizdə qaz hasilatını 9% artıracaq

BP 2022-ci ildə Şahdənizdə qaz hasilatını 9% artıracaq

2022-ci ildə BP-Azərbaycan Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz” yatağından 25 milyard kubmetr qaz hasil edib ki, bu da 2021-ci illə müqayisədə 8,7% çoxdur. Bu barədə BP Azərbaycan xəbər verib. 

2022-ci ildə "Şahdəniz” yatağından  təxminən 36 milyon barel qaz kondensatı (4 milyon tondan çox) hasil edilib ki, bu da 2021-ci illə müqayisədə 5,9% çoxdur.

"Hazırda yatağın hasilat gücü sutkada təqribən 74 milyon kubmetr və ya ildə 27 milyard kubmetrdən çoxdur", - şirkətdən bildirib.

Bu yatağın işlənməsi çərçivəsində Şahdəniz Konsorsiumunun 2022-ci ildə xərcləri 2 milyard 744 milyon dollar (+ 2,4%) təşkil edib, eyni zamanda, layihə üzrə əməliyyat xərcləri 2 milyard 281 milyon dollar, əsaslı xərclər $463 mln olub. 

Şirkət həmçinin məlumat verib ki, hesabat ili ərzində Cənubi Qafqaz Boru Kəməri sutkada orta hesabla 57,4 milyon kubmetr qaz  (2021-ci ildə - hər 48,5 milyon kubmetr) nəql edib. 2022-ci ildə CQBK-ya texniki qulluq üçün əməliyyat xərcləri 72 milyon dolları, əsaslı xərclər 5 milyon dolları ötüb.

"Şahdəniz” yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və həmin il oktyabrın 17-də Milli Məclis tərəfindən ratifikasiya edilib. Tərəflərin müqavilədə iştirak payı  bp (operator - 29,99%), LUKOIL (19,99%), TPAO (19%), SOCAR (14,35%), NICO (10%) və "Cenub Qaz" QSC Dehlizi” (6,67%) təşkil edir. "Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabrında başlanılıb.

Hazırda "Şahdəniz” yatağından qaz hasilatı Mərhələ-1 çərçivəsində Alfa platformasından və Mərhələ-2 çərçivəsində Bravo platformasından həyata keçirilir.

CQBK boru kəməri 2006-cı ilin sonundan fəaliyyət göstərir və Azərbaycan qazını "Şahdəniz” yatağının işlənməsinin "Mərhələ-1”indən Gürcüstana, 2007-ci ilin iyul ayından isə Türkiyəyə nəql edir. "Şahdəniz” layihəsinin "Mərhələ-2” çərçivəsində boru kəmərinin genişləndirilmiş hissəsi 2018-ci ilin iyununda Türkiyəyə, 2020-ci ilin dekabrında isə Avropaya kommersiya tədarüklərinə başlayıb.

SCP Co.-nun səhmdarları BP (29,99%), TPAO (19%), SOCAR (14,35%), Cenub Qaz Dehlizi QSC (6,67%), LUKOIL (19,99%), NIKO (10%) şirkətləridir.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM