BP 2025-ci ilin əvvəlində AÇQ dərinsulu hissəsində qaz hasilatına başlayacaq

13:26 | 05.06.2024
BP 2025-ci ilin əvvəlində  AÇQ dərinsulu hissəsində qaz hasilatına başlayacaq

BP 2025-ci ilin əvvəlində AÇQ dərinsulu hissəsində qaz hasilatına başlayacaq

BP 2025-ci ilin əvvəlində AÇG-nin dərinsulu  hissəsində qaz hasilatına başlamaq niyyətindədir.  Bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Harri Cons deyib.

O, həmçinin bildirib ki, şirkət Azərbaycanın Cəbrayıl rayonunda günəş elektrik stansiyasının tikintisi layihəsinin həyata keçirilməsi üzərində işləyir.


"Bu layihə işğaldan azad edilən əraziləri enerji ilə təmin edəcək, Səngəçal terminalının potensialını uzaqdan təmin etməklə yanaşı, həm də elektrik enerjisi istehsalında istifadə olunan təbii qazın sərbəst buraxılan həcminin Avropaya ixracını təmin edəcək”, - o bildirib.


Əvvəllər məlumat verilmişdi ki, birinci mərhələdə AÇG blokundan dərinsulu hissəsin qaz hasilatı ildə təqribən 0,5 milyard kubmetr təşkil edəcək.

AÇG-nin dərinsulu hissəsində  qaz ehtiyatları hazırda 300 milyard kubmetr proqnozlaşdırılır.

BP-Azerbaijan 2024-cü ilin ikinci yarısında dərinsulu hissəsində qaz hasilatı üçün ilk hasilat quyusunun qazılmasına başlamağı planlaşdırır.

"Azəri”, "Çıraq” və "Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi üzrə müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və həmin il dekabrın 12-də qüvvəyə minib.


N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM