BP Azərbaycan fors-major elan edib

18:44 | 08.02.2023
BP Azərbaycan  fors-major elan edib

BP Azərbaycan fors-major elan edib

BP Azərbaycan bazar ertəsi baş verən silsilə zəlzələlərdən sonra Azərbaycan neftinin Türkiyənin Ceyhan limanından daşınması ilə bağlı fors-major vəziyyət elan edib. Bu barədə BP Azərbaycan xəbər verib.

BP-nin Azərbaycandakı mətbuat katibi Tamam Bayatlı elektron poçtla Reuters-ə bildirib ki, Ceyhan Dəniz Terminalından (CMT) yükləmə əməliyyatlarının müvəqqəti dayandırılmasından sonra neft yükləyicilərinə göndərilib fors major elan edilməsi barədə bildiriş göndərib. .

BP Azərbaycan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Azərbaycan və Gürcüstan hissələrini idarə edir.
 
Azərbaycan Türkiyənin Ceyhan limanından gündəlik 650 000 barel ixrac edirdi.  
 
8,5 mindən çox insanın həyatına son qoyan zəlzələdən sonra Türkiyənin Ceyhan neft terminalının işi dayandırılıb.

BTC neft kəməri ilə "Azəri-Çıraq-Günəşli” yataqlar blokunun nefti və "Şahdəniz” yatağından hasil edilən kondensat, həmçinin SOCAR-ın nefti vurulur. BTC ilə  həmçinin Xəzər dənizi regionunun bir sıra digər ölkələrindən də neft nəql edilir.

BTC neft kəmərinin uzunluğu 1768 km-dir ki, bunun da 443 km-i Azərbaycanda, 249 km-i Gürcüstanda, 1076 km-i isə Türkiyədədir. Kəmərin ötürmə qabiliyyəti ildə 50 milyon tondan artıq neftdir.

N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM