BP Azərbaycandakı nümayəndəliyində ixtisarlar aparacaq

11:00 | 11.12.2014
BP Azərbaycandakı nümayəndəliyində ixtisarlar aparacaq

BP Azərbaycandakı nümayəndəliyində ixtisarlar aparacaq

Gələn il şirkət məcburi ixtisarlara 1 mlrd. dollar sərf edəcək

Böyük Britaniyanın "British Pertoleum” (BP) neft-qaz şirkəti dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması səbəbindən gələn il yüzlərlə iş yerinin məcburi ixtisarına 1 mlrd. dollar sərf edəcək.

ANN.Az "APA-Economics”ə istinadən xəbər verir ki, bunu BP-nin prezidenti, baş icraçı direktoru Robert Dadli bildirib. Onun sözlərinə görə, bu ixtisarlar şirkətin ABŞ, Böyük Britaniya, Almaniya və Azərbaycan nümayəndəliklərinə də təsir edəcək. Bununla belə, BP-nin rəhbəri bildirib ki, böyük ehtimalla ixtisarlar platformada işləyən işçilərə aid olmayacaq.  

"BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib ki, bu məsələyə qısa zamanda münasibət bildiriləcək: "Hazırda iclasdayam. Çıxan kimi, sizinlə əlaqə saxlayacam”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM