BP-də işləyən azərbaycanlıların sayı açıqlanıb

17:25 | 10.05.2024
BP-də işləyən azərbaycanlıların sayı açıqlanıb

BP-də işləyən azərbaycanlıların sayı açıqlanıb

 
2024-cü ilin aprelin 1-nə BP şirkətində çalışan Azərbaycan vətəndaşlarının sayı 3.03% və ya 70 nəfər artaraq 2 377 nəfər olub, bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. Bu barədə  "BP-Azerbaijan” şirkətinin bu ilin I rübü üzrə biznesə dair yaydığı hesabatında qeyd edilib.
 
2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 %-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100 % yerli vətəndaşlardan ibarətdir.
 
BP şirkəti aparıcı neft şirkətlərindən biridir. BP şirkəti FORBES jurnalının reytinqinə görə dünyanın üçünçü, neft şirkətləri arasında isə ikinci şirkətdir. 
 
Şirkət dünyanın çox yerində neft hasilatı və emalı ilə məşğul olur. 
 
Aygün


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM