Böyük Britaniyanın BP şirkəti Xəzərin Azərbaycan sektorundakı "Çıraq” platformasında profilaktik işləri başa çatdırıb.
Bunu Trend-ə "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.
Platformada işlər bu il noyabrın 10-da dayandırılmışdı.
Onun sözlərinə görə, proqramla nəzərdə tutulmuş bütün işlər uğurla başa çatıb:
"Hazırda "Çıraq” platformasının istismara verilməsinıə hazırlıq görülür və yaxın vaxtlarda orada hasilat bərpa ediləcək”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !